ABŞ bazaları və gəmiləri bombalanır - Yeni müharibə başladı

Yəməndəki husi qruplaşması ABŞ və Böyük Britaniyanın həyata keçirdiyi hücumlara cavab olaraq Qırmızı dənizdəki ABŞ və Böyük Britaniyanın hərbi gəmilərinə və bazalarına hücum etməyə başladıqlarını açıqlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə husilərin siyasi bürosunun üzvü Əli əl-Kəhhum açıqlama verib.

Husilərin qondarma hökumətindəki xarici işlər nazirinin müavini Hüseyn əl-İzzi X sosial media platformasında açıqlamasında “Ölkəmiz ABŞ və Böyük Britaniyanın gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri tərəfindən böyük hücuma məruz qaldı. Şübhəsiz ki, ABŞ və Böyük Britaniya bu açıq təcavüzün bütün dəhşətli nəticələrinə görə ağır bədəl ödəməyə hazırlaşmalı olacaq” deyə bildirib.

Husilərə bağlı SABA xəbər agentliyi paytaxt Səna, Hudeyda, Səda və Zemar şəhərlərinin ABŞ-ın hücumuna məruz qaldığı barədə məlumat yayıb. Yəməndəki yerli mənbələr ABŞ və Böyük Britaniyanın döyüş təyyarələrinin Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərindəki bəzi məntəqələrə hava hücumu təşkil etdiyini açıqlayıb.Hücumlarla bağlı ətraflı məlumat paylaşılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı