Mbappedən "Real"ın təklifinə sürpriz cavab - Peres qəzbləndi

“Real Madrid” transfer məsələsindəki şərtlərlə bağlı Kilian Mbappeyə güzəşt etməyəcək.

Metbuat.az xəbər verir ki, “Real” Mbappedən transferlə bağlı qəti mövqe ortaya qoymasını tələb edib. “AS” qəzetinin məlumatına görə, Karlo Ançelottinin komandası Kilian Mbappe ilə bağlı razılığa gələ bilməsə Erlinq Haalandı transfer etmək üçün hərəkətə keçəcək. “Cadena Cope”nin məlumatına görə, “Real Madrid” daha əvvəl Mbappedən 3 dəfə rədd cavabı alıb. Buna görə də, “Real”ın Mbappeyə dördüncü təklifi irəli sürməyəcəyi iddia edilir. Həmçinin iddia edilir ki, Mbappe bu mövsüm “Real” keçməyə razılıq verməsə klub bir daha ona təklif göndərməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR