​Ali Məhkəmə xarici vətəndaşların kommersiya mübahisələrinə baxılması qaydasını açıqlayıb

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat xidməti məlumat yayıb.

Sözügedən qərarı təqdim edirik:

Bildirilib ki, xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq qərara alıb.

Həmin qərarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://supremecourt.gov.az/storage/pages/1995/xar...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı