Maradonanın oğlu atasının ödürüldüyünü iddia etdi

Əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradonanın oğlu atasının öldürüldüyünü bildirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, oğul Diyeqo Maradona hesab edir ki, atasını öldürüblər.

Diyeqo Maradona qeyd edib ki, bununla bağlı fikri var, lakin istintaq davam edir, buna görə açıqlaya bilməz: “Onlar nə isə etməyin mümkün olduğu zaman atamı taleyin ümidinə atıblar”.

Qeyd edək ki, Diyeqo Armando Maradona 25 yanvar 2020-ci ildə ürək tutmasından vəfat edib. Həkimlər ölümün səbəbinin kəskin ağciyər ödemi olduğunu açıqlayıblar. Polis futbolçunun şəxsi həkimi və Maradonanın öldüyü gün növbədə olan tibb bacısının səhlənkarlığından şübhələnir və bununla bağlı istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı