Braziliyalı hücumçu ​“Fənərbaxça”nın təklifinə sürpriz cavab verdi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusu Roberto Firmino klubdan ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın transfer etmək istədiyi futbolçu qərarını verib. O, “Fənərbaxça”nın təklifini rədd edib. Məlumata görə, “Liverpul”dan “Əl-Əhli” klubuna gedən Firminoyenidən İngiltərə Premyer Liqasına qayıtmağa qərar verib. Onun “Çelsi”yə razılıq verdiyi irəli sürülür. Məlumata görə, tərəflər müqavilənin şərtlərini razılaşdırıblar. Transfer icarə əsasında baş tuta bilər. Qeyd edək ki, Roberto Firmino mövsümün əvvəlində Səudiyyə Ərəbistanına transfer olub. Lakin o krallıqdakı şərtlərdən narazı olduğu üçün klubu tərk etmək istəyir.

Roberto Firmino bu mövsüm "Əl Əhli"nin heyətində indiyədək 19 rəsmi oyun keçirib və bu matçların 12-də start heyətdə yer alıb. Braziliyalı hücumçu 3 qol və 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı