İran ordusu İraqa hücum etdi - Qisas əməliyyatı başladı

İranın İslam İnqilab Keşikçiləri Korpusu İraqın Ərbil şəhərində bir çox əraziyə raket və pilotsuz uçuş aparatı hücumlar təşkil edib.

Metbuat.az xəbər verir ki, ordunun açıqlamasında anti-İran terror qruplaşmalarının və casusların qərargahlarının ballistik raketlərlə vurulduğu bildirilib. Açıqlamada deyilir ki, İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib. Bəyanatda Mossadın İraqdakı casus qərargahının da vurulduğu bildirilib. Yerli KİV-lərin məlumatına görə, ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya bazası başda olmaqla bir çox bölgədə partlayış səsləri eşidilib.

Hücumlardan sonra Ərbil hava limanı uçuşlara bağlanıb. Ərbil valiliyinin açıqlamasına görə, hücumlar zamanı 4 nəfər həyatını itirib. Yerli mətbuatda yer alan xəbərlərdə hücumlarda istifadə edilən raketlərin bir hissəsinin mülki əhalinin yaşadığı evlərə, bir hissəsinin isə evlərin yaxınlığına düşdüyü bildirilib. ABŞ tərəfi isə hücumlar zamanı hərbi bazalara zərər dəymədiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı