"Real Madrid"in sosial media hesabında türk futbolçu Arda Gülerlə bağlı intensiv paylaşımları maraqla qarşılanmışdı.
Metbuat.az xəbər verir ki, bu, klubun Ardaya verdiyi dəyər kimi hesab edilirdi. Lakin məsələ ilə bağlı yeni reallıq üzə çıxıb. Bildirilir ki, paylaşımlarla bağlı Türkiyə kateqoriyası seçilib. Yəni paylaşımlar təkcə Türkiyədə nümayiş olunub. Başqa ölkələrdə olan sosial media istifadəçiləri isə bu paylaşımları görməyib. Bu isə Ardaya hörmətsizlik kimi qəbul edilib. Türkiyə azarkeşləri məsələyə etiraz ediblər.