Bakıda qadın küçədə güllələndi

Bakıda qadın güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR