AAYDA əməkdaşları "Şamaxinka" körpüsünü nəzarətə götürdü

Bakının Şamaxı yolu (Şamaxinka) adlanan ərazisindəki körpü-tuneldən qopan ağır daş parçası həmin ərazidə hərəkətdə olan "Prius" markalı avtomobili zədələyib.

Hadisə nəticəsində avtomobillə yanaşı, sürücüyə də ziyan dəyib.

Məsələ ilə bağlı Metbuat.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisədən məlumatlıdır: “Hadisə çox şişirdilib. Məlumatla bağlı dərhal briqadalarımız hadisə yerinə cəlb edilib, təhlükəsizlik təıdbirləri görülüb. Ərazi nəzarətrə götürülüb, üzlük daşların vəziyyəti yoxlanılıb. Araşdırma zamanı məlum oldu ki, körpünün üst hissəsindəki üzlük daşın bir hissəsi qoparaq maşının üzərinə düşüb. Sürücü heç bir xəsarət almayıb, maşına qismən zərər dəyib. Araşdırmalar davam edir. Üzlük daşın hansı səbəbdən qopması müəyyənləşrilir".

Tunel-körpünün uçmaq təhlükəsi ilə bağlı yayılan məlumatlara gəlincə isə A. Nəcəfli bildirib ki, bu məlumat qərəzli və yalandır: "Körpü-tunel tam standartlara cavab verən səviyyədədir, heç bir uçma təhlükəsindən söhbət gedə bilməz. Müəyyən adamlar yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı