"Real" arzusu boşa çıxdı - Aldığı təklif ağızları açıq saxladı

PSJ Kilian Mbappeni komandada saxlamaq üçün ona böyük təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, PSJ Mbappeyə 100 milyon avro məvacib təklif edib. “RMC Sport”un əməkdaşı Daniel Riolo PSJ-nin Kilian Mbappe barədə təklifini açıqlayıb. "PSJ-nin Mbappe üçün görünməmiş təklifi var. Ona Misir piramidaları kimi uzanan və mövsüm başına 100 milyon avronu aşan təklif təklif etdilər. Heç bir klub bununla rəqabət apara bilməz. Qardaşı, ailəsi, hər kəs üçün şərait yaradacaqlar. Anasının qurmaq istədiyi oyunçu agentliyi üçün də... Düzünü desəm, inanılmaz bir şeydir."

Qeyd edək ki, Kilian Mbappenin uşaqlıqdan “Real Madrid” formasını geyinmək arzusunda olduğu bildirilir. Lakin PSJ cəlbedici təkliflərlə fransalı hücumçunu indiyədək saxlamağı bacarıb. Göründüyü kimi, Mbappeni itirmək istəməyən Paris komandası bu dəfə "Real Madrid"in planlarını boşa çıxarmaq üçün böyük təkliflə çıxış edəcək. Mövsümün əvvəlində kluba müqaviləni uzatmayacağını bildirən Kilian Mbappe yenidən Paris və Madrid arasında ilişib qalmış kimi görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR