Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti sədrinin sabiq müşaviri Şahin İbadov və oğlu məhkəməyə verilib.
Metbuat.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə şikayət verən iddiaçı, Şəki şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Firon Əliyevin oğlu Toğrul Əliyevdir. Toğrul Əliyev Şahin İbadov və onun oğlu Namiq İbadzadə ilə yanaşı, ata-oğulun sahibi olduqları şirkətlərdən də şikayətçidir.
T. Əliyev Namiq İbadzadənin rəhbəri olduğu “Bakı Tikinti Konstruksiyaları” ASC və Şahin İbadovun sahibi olduğu “Biznes Partnyor” MMC şirkətlərini müqavilə öhdəliklərini pozmaqda günahlandırıb və bu barədə məhkəməyə müraciət edib.
İş Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun icratına verilib.
Xatırladaq ki, T. Əliyev Milli Məclisə sonuncu seçkidə deputatlığa namizədliyini irəli sürmüşdü.