Azərbaycanda bütün sertifikatlar QR-kodlarla veriləcək.
Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölçü cihazlarında QR-kod istehlakçıda əminlik yaradır.
"Artıq bir məşhur mağazalar şəbəkəsində bütün ölçü cihazlarında QR-kodlar var. Ölçü cihazındakı QR-kodu oxudan istehlakçı məhsulu alarkan sertifikatın nə zaman və hansı müəssisədə yoxlanılacağına dair məlumat əldə edə biləcək. Analoji addım artıq yanacaqdoldurma məntəqələrində də atılıb", - o deyib.