İlk türk kosmonavt Alper Gezeravcının da daxil olduğu SpaceX şirkətinə aid "Falcon9" raketi canlı yayımlanan geri sayımdan sonra ötən gecə uğurlu uçuş həyata keçirib. Raketin daşıdığı "Dragon" kapsulunun 20 yanvar saat 12:15-də beynəlxalq kosmik stansiyaya çatması gözlənilir.
Metbuat.az bildirir ki, bununla da 100 kilometrlik kosmos sərhədini aşan türk kosmonavt Gezeravcı rəsmi olaraq kosmonavt kimi tarixə düşüb. "SpaceX" tərəfindən kosmosdan canlı yayımlanan ilk görüntülərdə türk kosmonavt Mustafa Kamal Atatürkün "İstiqbal göylərdədir" ifadəsini səsləndirib.
Qeyd edək ki, Alper Gezeravcının da içində olduğu "Axiom3" heyətində həmçinin ABŞ və İspaniya təmsilçisi M. Lopez Aleqria, italiyalı pilot Volter Villaday və Avropa Kosmik Agentliyindən isveçli Markus Vandt yer alıb.
Həmin tarixi görüntüləri təqdim edirik: