FHN-in xüsusi texnikası qəzaya düşdü - Xəsarət alanlar var

Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Hüseyn Seyidzadə küçəsində “KIA” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib. Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR