Şimali Koreya nüvə sistemini sınaqdan keçirib

Cənubi Koreya, ABŞ və Yaponiyanın Koreya yarımadasında keçirdiyi birgə dəniz təliminə etiraz edən Pxenyan administrasiyası çox sərt bəyanat verib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya administrasiyası birgə dəniz təliminə cavab olaraq sualtı nüvə silah sistemini sınaqdan keçirdiyini açıqlayıb. Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın məlumatına görə, Müdafiə Elmlər Akademiyası tərəfindən hazırlanan "Haeil-5-23" adlı sistemi Koreya yarımadasının şərqində sınaqdan keçirilib.

Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən sözçüsü məsələyə "Ordumuzun sualtı nüvə qabiliyyəti daha da artırılıb. ABŞ və müttəfiqlərinin donanmalarının düşməncə manevrlərinə qarşı dənizdə və sualtı qayıqlarda çəkindirici hərəkətlərimiz davam edəcək” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı