Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşdü - YENİLƏNİB

Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirak məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyin Uqandaya təhvil verilməsi xüsusunda təbrikləri Uqandanın dövlət başçısına çatdırılıb, Azərbaycanın öz sədrlik təcrübəsinin Uqanda tərəfi ilə bölüşməyə hazır olduğu bildirilib.

Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.

Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

12:46

Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı