Bakıda baş verən partlayışla bağlı istintaq davam edir - Kamran Əliyev

Bakının Binəqədi rayonunda baş verən yanğınla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Metbuat.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Ekspertiza nəticələrindən sonra təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaq.

Yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var. Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı