Masazırda istixanada yanğın - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 p.m istilik sisteminin izolyasiyası, 30 p.m elektrik kabelləri və 5 m² sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR