“Beşiktaş” autsayderə darmadağın oldu

Futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub.

Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1.

Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı