Ronaldodan Messinin "The Best" mükafatını almasına gözlənilməz reaksiya

Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldo Lionel Messinin "The Best" mükafatını qazanmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o mükafatların verilmə prosesinin ədalətli olmadığını irəli sürüb. Ronaldo, "Qızıl top” və “Ən Yaxşı” mükafatlarının etibarını itirdiyini ifadə edib. Ronaldo qeyd edib ki, bu mükafatlar verilərkən bütün mövsümü dəyərləndirmək lazımdır.

“Mən demirəm ki, Messi, Haaland və ya Mbappe buna layiq deyillər. Sadəcə, mən artıq bu mükafatlara inanmıram, bu təşkilatların necə işlədiyini bilirəm. Mükafatlandırma tədbirinə mərasiminə baxmamışam” - Ronaldo deyib.

Qeyd edək ki, bu mövsüm "Əl-Nəsr"in heyətində 25 rəsmi oyuna çıxan 38 yaşlı Kriştiano Ronaldo bu matçlarda 24 qol vurub, 11 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR