Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.
Metbuat.az bildirir ki, bununla bağlı aktrisa özünün sosial şəbəkə hesabında qeyd edib:
“Üç gündür xəstəyəm. Bu gün gecə hərarətim 41 idi, nəfəsimi kəsdi. Təcili yardım gələnə kimi yenə də Əzrayıl çökmüşdü sinəmə. Əjdaha ili deyil, Əzrayıl ilidir”.