Bakıda video yayılan məktəbdə nə baş verib? - Araşdırma başlanıldı

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan xəbərdəki məlumatların həqiqəti əks etdirmədiyini bildiririk.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur. Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib.

Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.

Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülmüşdür.

Qeyd edək ki, iddia olunurdu, 6 nömrəli məktəb liseydə 2-ci sinif şagirdinə qarşı 7-ci sinif şagirdləri tərəfindən cinsi zəmində təcavüz olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı