Meymunçiyəyinin Azərbaycanda yayılma ehtimalı varmı? AÇIQLAMA

Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında iki meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

Qonşu ölkədə olan virusun ölkəmizə gəlmək qorxusu varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, meymunçiçəyi adlanan virus hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən adı dəyişdirilərək “mpox” virusu adlanır:

“Bu virus təbii çiçək virusu ailəsinə aidddir. Lakin, təbii çiçək qədər aqressiv deyil. Təbii çiçək virusu 4 karantin infeksiyadan biridir. O, vaxtilə milyonlarla insan həyatına son qoymuş, pandemiya yaradan bir virusdur. Bu virusa 1980-ci ildə vaksinasiya nəticəsində son qoyulub. Meymunçiçəyi də bu ailəyə daxildir, lakin o qədər də təhlükəli deyil”.

A. Qeybulla qeyd edib ki, meymunçiçəyi virusu kontakt yoli ilə yoluxur.

"Yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə ola bilər. Virus orqanizmə daxil olduqdan sonra baş ağrıları, əzələ ağrıları, ümumi halsızlıq, zəiflik, qızdırma kimi əlamətlər 3 həftə davam edə bilər. Sonra, dəri səthində üzdən başlayan səpkilər əmələ gəlir”.

Professor onu da vurğulayıb ki, xəstəlik yaşlılarda, hamilə qadınlarda, uşaqlarda və xəstəliyi olan insanlarda problem yarada bilər:

“Bu gün dünyanın əksər ölkələrində bu xəstəliyə rast gəlinir. Hal-hazırda Britaniyada yoluxma halları qeydə alınır. Virusun 2 forması, Qərbi və Mərkəzi Afrika forması var. Britaniyaya virusun Nigeriyadan yayıldığı güman edilir”

Bu xəsləliyə yoluxma halı az olduğundan, epidemiya, böyük bir pandemiya törətmək qorxusunun olmadığını deyən professor qeyd edib ki, vaxtilə bu virusun epidemiyaları olub.

“Xüsusilə Afrika ölkələrində, Nigeriyada və ərazilərdə epidemiya halları qeydə alınıb. Ona görə, biz də bu baxımdan ehtiyatlı olmalıyıq. Ən azından xəstə olan insanlar tapılıb, izolyasiya olunmalıdır ki, onlar infeksiyanı yaymasınlar. Düşünürəm ki, hər şey şəxsi gigiyenadan aslıdır. Biz hər zaman şəxsi gigiyena qaydalarını gözləməliyik".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı