İİV-ə yoluxan hamilə qadınlar bunları etməlidir - AÇIQLAMA

“Hər bir hamilə qeydiyyatda olan poliklinikalardan, qadın məsləhətxanalarından İİV-ə görə müayinəni tələb etməlidir”.

Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib. Onun sözlərinə görə, hamilə qadınlarda hamiləliyin ilkin dövrlərində İİV aşkarlanarsa,qarşısı vaxtında alına bilər.

“Həmin qadınların hamiləliyin sonunda qeysəriyyə yolu ilə övlad dünyaya gətirməsi daha məqsədəuyğundur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı