Deputatın oğlu məşhur həkimləri məhkəməyə verdi - FOTO

Deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov iranlı fizioterapevt-mütəxəssis Seyid Mohammad Moeinifardı məhkəməyə verib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəbər verir ki, Azər Əmiraslanov iranlı həkimlə yanaşı, Rzayev Gündüz Balakişi oğlu adlı şəxs barəsində də iddia qaldırıb.

Deputat oğlunun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Ramin Quliyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi maddi ziyanın ödənilməsi ilə bağlıdır.

Seyid Mohammad Moeinifard uzun müddətdir ki, Azərbaycanda tibb fəaliyyəti göstərir. Bundan əvvəl Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi iranlı həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib. İşin nəticəsi barədə məlumat yoxdur.


Seyid Mohammad Moeinifard

Gündüz Rzayevə gəlincə, iddialara görə, o, Bakıda fəaliyyət göstərən Azər-İran Klinikasının baş həkimidir. Araşdırmalarımız zamanı məlum olub ki, həqiqətən də həmin klinikanın baş həkimi Gündüz Rzayevdir.

Qaynarinfo məhkəməyə verilən şəxslə baş həkimin eyni şəxs olub-olmadığını dəqiqləşdirmək üçün Azər-İran Klinikası ilə əlaqə saxlayıb. Lakin zənglərə cavab verən olmayıb.


Azər-İran Klinikası baş həkimi Gündüz Rzayev

Azər Əmiraslanov bir müddət əvvəl Türkiyədə oğurlanması ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, onun sərbəst buraxılması üçün deputatdan 10 milyon dollar tələb olunub. İddiaya görə, 5 milyon dollar ödənildikdən sonra deputatın oğlu sərbəst buraxılıb.

Əhliman Əmiraslanov 1992-2015-ci illətdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışıb. O, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin, 2010 və 2015-ci ildə Milli Məclisin deputatı olub. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürüb və mandat qazanıb. Keçmiş rektor Milli Məclisin Səhiyyə komitəsinin sədridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR