Dəm qazından ölən qardaşların atası danışdı - FOTO

Bakıda dəm qazından boğularaq ölən qardaşlar Tovuzda dəfn ediliblər.

Metbuat.az Apa.az-a istinadən xəbər verir ki, onlar doğulduqları Ağbulaq kəndində torpağa tapşırılıblar.

Dəm qazından boğularaq dünyasını dəyişən qardaşların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar. Onun sözlərinə görə, 24 yaşlı Əli və qardaşı 22 yaşlı Sərxan yuxuda olan zaman dəm qazından zəhərləniblər. Onlardan xəbər ala bilməyən yaxınları evə gedib və qardaşların meyitini aşkarlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı