Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dünən axtarışda olduğuna görə 116 nəfər saxlanılıb. Onlardan 94 nəfəri borclu şəxs qismində axtarışda olub.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Seyranə Quliyeva / Mətbuat.az