"Unibank" əmanət faizini yüksəldib - İllik 12%, sığortalı və vergidən azad!

Unibank yüksək faizlə, uzun müddətə əmanət hesabı açmaq istəyənlər üçün çox sərfəli təklif edir.

İndi “Unibank”da 18 və 24 aylıq depozit hesabı açaraq, illik 12%-lik gəliri əldə edə bilərsiniz. Üstəlik depozitiniz sığortalı olur və əldə etdiyiniz gəlir vergidən azad edilir. “Unibank”da əmanət hesabı açan zaman vəsaitinizin məbləğindən asılı olaraq, faizlərin ayda bir dəfə alınması üçün premium kart da hədiyyə edilir.

Bank müştərinin istəyindən asılı olaraq, müxtəlif əmanət növləri təklif edir. Bankın əmanət növlərindən istədiyinizi seçə bilərsiniz. “Müddətli” depozit sizə yüksək faiz, “Yığım” istədiyiniz vaxt əmanətinizə artım etmək, “Proqressiv” pulunuzu müddətin sonunu gözləmədən istədiyiniz vaxt götürmək, “Topla” isə olduğunuz yerdə UBank mobil tətbiqində, seçdiyiniz müddətə və faizlə depozit hesabı açmaq imkanı verir. Yeni, “Sərbəst müddət”adlı “Topla” məhsulu isə sizə həm olduğunuz yerdə UBank mobil tətbiqində depozit hesabı açaraq, illik 5 % gəlir götürmək imkanı verməklə yanaşı, istədiyiniz vaxt vəsaitinizi faiz itirmədən çıxarmaq üstünlüyü də yaradır.

İndi “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:

- Pulunuza illik 12%-dək yüksək faiz əldə edirsiniz;

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 2 milyona yaxın müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12 % təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank-Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı