Bakıda həyat yoldaşı ilə birlikdə qətlə yetirilən İosif Zusyeviç Tkaç aktyor olub.
Metbuat.az xəbər verir ki, İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmiş və 1995-ci ildən Rus Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib.
Onun həyat yoldaşı Lyudmila Mixaylovna Tkaç isə Elitar Gimnaziyada müəllimə olaraq çalışıb. 2015-ci ildə Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrə görə Prezidentin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdü.
Qeyd edək ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısındakı binada baş verib.
***
Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-si saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.