Dəniz donanmamız 20-yə yaxın gəmi ilə yenilənəcək

"Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək".

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qarşıdakı aylarda "Bakı Metropoliteni" QSC 35 yeni vaqonlarla təchiz ediləcək: "Həmçinin aviasiya parkı 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR