Ağdaşda ağır qəza - Ölən var

Yanvarın 28-i saat 6 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR