Millimizin sabiq futbolçusu Rusiya klubunun düşərgəsinə yollandı

Ötən ilin oktyabrında peşəkar karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun düşərgəsinə yollanıb.

Metbuat.az xəbər verir ki, bu barədə veteran müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

“Əgər futbolçu karyeranda Kurban Berdıyev kimi məşqçin olubsa, deməli, sən bir addım öndəsən. Öyrənmək üçün gəlmişəm”, - R.Abışov yazıb.

O, yaya qədər Mahaçqala təmsilçisində məşqçilik təcrübəsi keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı