Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.
Metbuat.az xəbər verir ki, Qaribaşvili bu barədə bu gün keçirdiyi brifinqdə bildirib.
Qərarın səbəbi hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, o, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə gəlib.