Ötən il oktyabrın 7-dən bu günə qədər İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 26 min 751 nəfərdir. Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Qeyd edək ki, ötən il oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb. Seyranə Quliyeva / Metbuat.az
Bildirilib ki, hadisələr nəticəsində yaralananların sayı 65 min 636-ya çatıb.