Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, yazıçı Mario Levi 25 fevral 1957-ci ildə İstanbulda doğulub.
15-dən çox kitab müəllifi olan Levi daha çox “İstanbul bir masaldı”, “En güzel aşk hikayemiz”, “Bir şehre gidememek”, “Lunapark kapandı” kimi əsərlərlə şöhrət qazanıb.
Onun ilk kitabı “Jak Brel: Tənha adam” 1986-cı ildə nəşr olunub.
Seyranə Quliyeva / Metbuat.az