“Real Madrid” sol cinah müdafiəçisi Fran Qarsiyanı 20 milyon avroya satmağı planlaşdırır.
Metbuat.az xəbər verir ki, transferə çıxarılan istedadlı futbolçuya elçilər var. Bildirilir ki, Qarsiyanın müqaviləsi 2027-ci ilə qədər olsa da, “Real” yeni sol cinah müdafiəçisi transfer etmək istədiyi üçün onu klubdan göndərmək istəyir. Futbolçu ilə "Atletiko Madrid" və "Rayo Valyekano" maraqlanır. Qarsiya “Rayo Valyekano”da uğurlu çıxışı ilə yadda qalıb və keçmiş klubu onu yenidən heyətə qatmaq istəyir. “Rayo Valyekano” üçün ən böyük maneə “Real”ın tələb etdiyi yüksək transfer haqqıdır. Digər tərəfdən, “Atletiko Madrid” Qarsiyanı Dieqo Simeonenin müdafiə sistemi üçün uyğun namizəd hesab edir.
Məlumata görə, “Real” müdafiə xəttini Aymerik Laporte ilə gücləndirmək istəyir. Bundan əvvəl, “Real”ın müdafiəçi Jesus Valyexonu klubdan göndərəcəyi barədə xəbərlər dərc edilib. Valyexo bu mövsüm bir dəfə şans qazanıb və həmin vaxt zəif oynayıb.