​Arda Modriçi əsəbləşdirdi - VİDEO

"Real Madrid"in futbolçusu Arda Gülerin məşqdəki oyunu yenidən gündəm olub.

Metbuat.az xəbər verir ki, Arda məşqdəki oyunu ilə valeh edib. “Defensa Central”ın məlumatına görə, məşqdə Arda Luka Modriçlə üz-üzə gəlib. Modriç Ardanın qarşısını almağa çalışsa da, türk futbolçu onu uğurla keçib. Ardanın topla Modriçi keçərək dəqiq zərbə vurması xorvatiyalı ulduzu çox əsəbləşdirib."Mən onun sol ayağını daha çox örtməliydim. Lənət olsun!" - Modriç deyib.

Qeyd edək ki, Ardanın məşqlərin birində vurduğu qol “Real Madrid”in sosial media hesabına paylaşılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR