Mbappe ilə bağlı müjdəni verdi - Transfer reallaşır

La Liqanın prezidenti Xavyer Tebas PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kiliyan Mbappenin “Real Madrid”ə mümkün transferi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Mbappenin “Real Madrid”ə gəlmə ehtimalı yüksəkdir. Xavyer Tebasın sözlərinə görə, bu ehtimal 50 faizdən çoxdur.“Transfer “Real Madrid”dən asılıdır, son qərarı onlar verəcək” - Tebas deyib.

Qeyd edək ki, Kiliyan Mbappe “Real Madrid”ə transfer olmaq istəsə də, tərəflərin hələlik məvacib məsələsində razılığa gələ bilmədiyi iddia edilir. Xarici KİV-lərin məlumatına görə, “Real” Mbappeyə 100 milyon avro civarında imza pulu verəcək. Tərəflər bununla bağlı razlaşıb. Lakin məvacib məsələsində razılığa gəlinməyib. Mbappe “Real”dan illik 70 milyon avro məvacib tələb edir. “Real” isə Mbappeyə 35 milyon avrodan çox məvacib ödəmək istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR