““Maşın” şou dərsliyə salınmalıdır” - Qəribə təklif

Professor Qulu Məhərrəmli Xalq artisti Murad Dadaşov barədə danışıb.

Metbuat.az xəbər verir ki, “30+”un qonağı olan teletənqidçi “Murad Dadaşovu necə görürsünüz” belə cavab verib:

“Murad Dadaşovu çox yüksək dəyərləndirirəm. Çox müasir, intellekti olan, əxlaqlı, nümunəvi aparıcıdır. İndi hamı şoulardan şikayətçidir, amma Murad Dadaşovun apardığı “Maşın” şou sözün həqiqi mənasında dərsliyə, müntəxəbata düşəcək verilişdir. Onun aparıcı tərzi, üslubu, davranışları. Bizim cəmiyyətin ən çox ziyan çəkdiyi şəxsiyyət qıtlığı və dəyərləri daşıya bilən adamların az olmağıdır. Ümumiyyətlə, başqasına dəyər vermək söhbətidir. Biz Xəzər televiziyası ilə bağlı Murad müəllim ilə söhbət edəndə mən gördüm ki, alt qatı necə gözəl bilir. Problemləri çox gözəl bilir. Bizim tənqid etdiyimiz tərzdən daha kəskin tənqid ruhu var. Bu yaxınlarda forumda televiziyalarla bağlı tənqidi qeydlər olanda Murad Dadaşov dedi ki, işçilərin maaşına görə bu tipli verilişlər verməyə məcburuq. Mən bu fikirlə razı deyiləm. Amma eyni zamanda onu başa düşməyə çalışıram. Xəzər TV inkişaf etməkdə olan televiziyalardan biridir. Ən yaxşı cəhəti də sosial media marketinqiylə yaxşı işləməsidir. Onların 1 milyondan çox izləyiciləri və sertifikatları var”.

Qeyd edək ki, “30+” layihəsinin aparıcıları Elnurə Nağıyeva və Vəfa Əsədidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR