Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırıldı

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Metbuat.az xəbər verir ki, layihəyə əsasən, İntizam komissiyasının tərkibinin aşağıdakı kimi formalaşdırılması təklif edilib:

    1. Ağamalı Fəzail Rəhim oğlu

    2. Həsənov Nurlan Urfan oğlu

    3. Həsənova Afət Əbil qızı

    4. İbrahimqızı Məlahət İbrahim qızı

    5. İbrahimov Eldar Rza oğlu

    6. Qafarov Kəmaləddin Nəsrəddin oğlu

    7. Məhəməliyev Nəsib Məhəmməd oğlu

    8. Məmmədov Hikmət Baba oğlu

    9. Məmmədov Məşhur Şahbaz oğlu

    10. Möhbalıyev Səttar Suliddin oğlu

    11. Səfərov Nizami Abdulla oğlu

    Beləliklə, İntizam komissiyasında mərhum deputat Madər Musayevi Kəmaləddin Qafarovun əvəzləməsi təklif edilib.

    Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR