​Azərbaycan Könüllüləri üçün Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

27 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis edilən 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar AKTİ-nin təşkilatçılığı ilə müxtəlif tədbirlər baş tutub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Könüllüləri “Azərterminalkompleks” Birliyində yaradılan Heydər Əliyev guşəsinə və Gömrük Tarix Muzeyinə, Dövlət Gömrük Komitəsinin Akademiyasına və Komitənin "Kinoloji Mərkəzi"nə ekskursiya edib. Ekskursiya iştirakçıları "Azərterminalkompleks" Birliyində yaradılan Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillərin və eksponatların yer aldığı guşə ilə tanış olublar. Ardınca könüllülər Gömrük Tarixi Muzeyi və “Gömrükçü klub”una baş çəkiblər. "Azərterminalkompleks" Birliyində olarkən gənclərə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan gömrük əməkdaşı Ülvi Hacıyevin şərəfli döyüş yolundan bəhs edilib və gənclər gömrükçü şəhidin büstü ilə tanış olub. Son olaraq Kinoloji Mərkəzə ekskursiya zamanı Azərbaycan Könüllüləri Mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində xidmətindən istifadə olunan itlərin yetişdirilməsi qaydaları ilə bağlı məlumat əldə ediblər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” adlı layihə baş tutub. Azərbaycan Könüllüləri “Könüllü DOST”-larla birlikdə DOST Mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Azərbaycan Könüllülərinin iştirak etdiyi aksiya zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının iqliminə uyğun 1000-ə yaxın zeytun və Eldar şamı ağacları əkilib.

AKTİ tərəfindən “Könüllü soruşur” rubrikası çərçivəsində Gənclər Günü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarında Azərbaycan Könüllülərinin iştirakı ilə maraqlı və səmimi sorğu həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı