La Liqada "Real Madrid"in "Xetafe"yə 2:0 hesabı ilə qalib gəldiyi matçda Arda Güler meydana çıxmayıb.
Metbuat.az xəbər verir ki, Arda matç boyu oyuna girməyi gözləyərkən əlində tutduğu əşya diqqətdən yayınmayıb. Məlumata görə, Arda əlində zədəyə qarşı ayaq mühafizəsi olub. Maraqlısı budur ki, onların üzərində Türkiyənin bayraqları olub. Məlumata görə, Arda oyuna daxil olub qol vursaydı, sevincini qeyd edərkən Türkiyə bayrağını nümayiş etdirəcəkdi.
Qeyd edək ki, oyunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella da izləyib.