Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verdi

Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan istefa verib.

Metbuat.az xəbər verir ki, yerli mənbələr Hafizə Qaye Erkanın öz istəyi ilə istefa verdiyini yazıb.

"Hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar nüfuzuma qarşı böyük kampaniya keçirilib. Bunun ailəmə təsir etməməsi üçün Prezidentdən vəzifələrimdən azad etməyi xahiş etdim”, - Erkan müraciətində qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı