Bakıda tozlu hava müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Metbuat.az xəbər verir ki, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva sözlərinə görə, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır.

Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır:

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı