Sumqayıtda qatar vuran qadının vəziyyəti AÇIQLANDI

Bu gün saat 07:50 radələrində Sumqayıtda dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçərkən qatar vuran qadının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Metbuat.az-a verilən məlumata görə, 1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.04.2024-cü il tarixində saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı