Azərbaycanda dollar bahalaşıb? - AÇIQLAMA

Son günlər əhali arasında dolların qiymətinin artması ilə bağlı xəbərlər yayılmaqdadır.

Bu barədə Metbuat.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda dollarla bağlı risk müşahidə edilmir.

“Hazırda neftin qiyməti yüksəkdir. Bu qiymətlər büdcədə planlaşdırılandan da kifayət qədər komfortlu zonadadır. Büdcə də 1.7 ilə proqnozlaşdırılıb. Ölkədə inflyasiya səviyyəsi hələ də hökumətin arzu etdiyi həddə deyil. Bu baxımdan dolların qiymətinin artması barədə hər hansı risk görmürəm.

İqtisadçı qeyd edib ki, tədiyyə balansında profisit gözlənilir.

“Əhalinin sosial vəziyyəti də buna şərait yaratmır. Üstəlik bu vəziyyəti çətinləşdirən amillərdən biri də inflyasiya səviyyəsidir. Əgər neftin qiyməti 80 dollardan 30 dollara kimi düşərsə o zaman hər şey dəyişə bilər. Hazırkı göstəricilərə əsasən dolların qiymətinə görə panikaya düşməyə ehtiyac yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı