“Barselona”ya sürpriz məşqçi - Razılıq əldə edildi

Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik İspaniyanın “Barselona” klubuna rəhbərlik edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 58 yaşlı mütəxəssis artıq ispan dilini öyrənməyə başlayıb. O, kataloniyalıların “sükanı arxasına" keçmək variantını müsbət qarşılayıb. Lakin tərəflər hələlik şifahi danışıqla kifayətləniblər. Flik sonuncu dəfə 2021-2023-cü illərdə Almaniya yığmasını çalışdırıb.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı