​Naxçıvan polisi 53 nəfəri saxladı

Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 53 nəfər saxlanılıb

Metbuat.az xəbər verir ki, keçirilən əməliyyat tədbirləri zamanı, nakotiklərin, psixotrop tərkibli güclü təsiredici xüsusiyyətlərə malik dərman vasitələrinin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, dələduzluq cinayətləri edən, kibercinayətlə məşğul olan, evində eləcə də üzərində qanunsuz olaraq odlu silah saxlayan və daşıyan, qanunsuz ov edən, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan, ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə üzvləri məsuliyyətə cəlb edilib.

Həmçinin mənzillərdən,ticarət obyektlərindən, məscidlərdən eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, tikinti materialları və məişət əşyaları oğurlayan habelə sosial şəbəkə hesablarında “telefon satışı” və “kirayə ev” adı altında saxta elanlar yerləşdirməklə 100-dən çox vətəndaşları kütləvi şəkildə aldadan və quldurluq edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edilən dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 35 ədəd odlu silah, 6 ədəd tapança, 12 ədəd avtomat darağı, 1061 ədəd müxtəlif çaplı sursat, 4 ədəd əl qumbarası,3 ədəd binokl, 3 ədəd süngü bıçağını təhvil verib .

Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 5 odlu silah, 225 ədəd patron, 5 ədəd avtomat xəzinəsi aşkarlanaraq götürülüb.

Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən “102” Xidməti-Zəng Mərkəzi sisteminə 2000-ə yaxın zəng daxil olmuş, polis əməkdaşlarının hadisə yerinə vaxtında çatmaları, operativliyi, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsi təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR