Azərbaycanlı fəal İranda həbs edildi

Güney Azərbaycanın sivil fəallarından olan Ayaz Seyfxah Təbrizdə həbs edilib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, Təbrizdə azərbaycanlı fəallardan biri, Kələnkəş kənd sakini Ayaz Seyfxah təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Azərbaycanlı fəalın ittihamları və həbsinin səbəbləri ilə bağlı heç bir məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı