"Fransız generalın mövqelərimizi binoklla izləməsi göstərir ki..." - Deputat

"Fransa Ermənistanı özünü qorumaq üçün deyil, məhz revanşizm üçün silahlandırır".

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, son proseslər Fransanın belə bir planının olduğunu göstərir:

"Mən dəqiq deyə bilmərəm, Ermənistan rəhbərliyi hazırda onların Çernox adlandıqdıqları İstisudakı mövqelərimizə hər hansı bir zərbə endirməyi planlaşdırır, ya yox. Fransız generalın orada peyda olması, əlində binoklla bizim mövqeləri seyr etməsi ondan xəbər verir ki, Yelisey sarayındakıların məhz belə bir planı var. Onlar Ermənistanı iddia etdikləri kimi özünü qorumaq üçün deyil, məhz revanşizm üçün silahlandırırlar, Azərbaycan torpaqlarını ələ keçirmək üçün silahlandırılar.

Təbii ki, biz bunu görməzdən gələ bilmərik və gəlməyəcəyik. Ele bir planı olanlara da, Fransanın diqtəsi ilə hərəkət edənlərə də ən yüksük səviyyədə deyilmiş sözləri xatırlatmaq istəyərdim. Azərbaycan özünün təhlükəsizliyi, torpaq bütünlüyü üçün Ermənistan tərəfdən hər hansı bir təhdid gördüyü hədəfi anında məhv edəcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı